"FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə qarşılaşma Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxov üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu oyunda yığmanın heyətində 10-cu matçına çıxıb.
Görüşdə vurulan qollardan birinin müəllifi olan Sadıxov bununla da millidə ilk qolunu qeyd edib.
Hazırda "Turan Tovuz"un formasını geyinən futbolçu yubileyini məhsuldar oyunla yadda saxlayıb.
Qeyd edək ki, Azərbaycan millisi həmin qarşılaşmada 6:1 hesablı qələbə qazanıb. Komanda növbəti oyununu sabah Syerra Leoneyə qarşı keçirəcək.