"Mançester Yunayted" "Barselona"nın mərkəz hücumçusu Ferran Torreslə maraqlanır. "Qırmızı şeytanlar" 26 yaşlı hücumçunun mümkün transferinə nikbin yanaşır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" Torresi hücumçu Coşua Zirkzeenin potensial əvəzedicisi kimi nəzərdən keçirir. İspaniyalı oyunçunun transferinin "Mançester Yunayted"dən Kataloniya klubuna icarəyə verilən Markus Reşfordun gələcəyi ilə bağlı danışıqlarla əlaqələndirilməyəcəyi vurğulanır.

 

Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.