"İnter"in və İtaliya millisinin futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, müdafiəçi "Barselona"nın təklifini qəbul edib.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kataloniyalılar "İnter"lə danışıqları davam etdirir.
Bastoni bu mövsüm 35 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.