"Arsenal"ın futbolçusu Kay Haverts klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, hücumçu klubdan ayrılacağı ilə bağlı çıxan xəbərləri yalanlayıb:
"Düzü, "Arsenal"dan gedəcəyimlə bağlı xəbərlərə rast gəlməmişəm. Bunlar real deyil. Burda özümü evimdəki kimi hiss edirəm. Düşünürəm ki, komandada da məndən razıdırlar. Gələcəyimi "Arsenal"da görürəm".