"Bütün komanda yoldaşlarımı, hər kəsi təbrik edirəm. Rəqib "dişimizə" görə idi".

 

Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov deyib.

 

Müdafiəçi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiyanı məğlub etdikləri (6:1) oyun haqqında fikirlərini bölüşüb:

 

"Yaxşı oyun sərgiləmək və qalib gəlmək üçün çalışdıq. Məncə, yaxşı da oynadıq".

 

Hüseynov yığmanın qələbəsizlik seriyasının başa çatmasına toxunub:

 

"Daha əvvəl üz-üzə gəldiyimiz komandalar çətin rəqiblər idi. Bunlar artıq geridə qalıb. İndi qələbələr bizə çox lazımdır"

 

Futbolçu sabahkı matçda da qələbə qazanmaq istədiklərini vurğulayıb:

 

"Yaxşı oyunumuzun davamını gətirmək niyyətindəyik. Qalibiyyətlər komandaya əlavə motivasiya verər".


Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni Syerra Leone ilə üz-üzə gələcək.