"Liverpul"dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Roma" misirli hücumçunun xidmətində maraqlıdır.
Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. 33 yaşlı futbolçu qərarını mövsümün sonunda verəcək.
Salah daha öncə 2015-2017-ci illərdə "Roma"nın formasını geyinib.
Misirli futbolçu 2017-ci ildən "Liverpul"da çıxış edir. O, "qırmızılar"la 435 oyunda 255 qol vurub.