"Qarabağ"la oyunlarımız həmişə çətin kecir. Fikrimcə bu matçda azarkeşlər maraqlı oyuna şahid oldular. Meydanda mübarizə var idi. Hesabı açan tərəf biz olduq. Sonra isə bir neçə fürsətlərimiz oldu. Ümumilikdə bir xalı yaxşı nəticə sayıram".
Bu sözləri Sport24.az-a açıqlamasında Misli Premyer Liqasının XVI turunda "Qarabağ" dueldən bir xalla ayrılan "Sabah"ın futbolçusu Elvin Camalov deyib.
Kapitan Vasili Berezutskinin gəlişindən sonra komandanın nəticələrini yaxşılaşdırılmasından danışıb:
"Hər bir məşqçi kimi Berezutskinin də özünəməxsus yanaşması var. Bundan əlavə Vasili zəngin futbolçu karyerasına malik mütəxəssisdir. Ondan öyrənəcək çox amil var. Komandanın hər bir üzvü ona inanır. İstər məşqlərdə, istərsə də oyunlarda onun bizdən tələblərini tam yerinə yetirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, Berezutskinin rəhbərliyi altında yaxşı nəticələr qazanacağıq".