"Bakıda yeməklər çox ucuz idi". Sport24.az "Fanatik.ro" saytına istinadən xəbər verir ki, bunu Rumıniyanın FCSB klubunun "Peluza Nord 1995" azarkeş qrupunun lideri Gheorghe Mustața deyib.

 

O, Azərbaycanla bağlı xoş ifadələr işlədib və ölkəmizdə gördüklərindən təsirləndiyini bildirib:

"Bu, sivil təhsilli bir ölkədir. Yeməklər çox ucuzdur. Orada hər şey gözəl idi. Biz bu ölkədən nümunə götürməliyik. Hər yer təmizdir və hamı qaydalara əməl edir. Polis səni yerə bir şey atarkən yaxalasa, cərimələnəcəksən. Ümumiyyətlə ərzaq qiymətləri aşağıdır və hər şey çox müasirdir".

Bakıdakı matçda olan jurnalist Kristi Koste isə Rumıniya təmsilçisinin üç künc zərbəsindən sonra qola imza atmasını xüsusi vurğulayıb: "Uzun illərdir futbola baxıram. Amma bir komandanın ilk üç künc zərbəsindən sonra fərqləndiyini görməmişəm".

Qeyd edək ki, "Qarabağ" FCSB-yə 2:3 hesabı ilə uduzub.