"Mən sadəcə, qol vurmuşam, biz bir ailəyik və finala çıxmağı arzulayırıq". Sport24.az xəbər verir ki, bunu "Tondela"daçıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Riu Ave"ni 1:0 hesabı ilə yendikləri Portuqaliya Kubokunun 1/4 final matçından sonra deyib.

23 yaşlı hücumçu qələbə qoluna imza atdığı üçün çox xoşbəxt olduğunu söyləyib: "Bəli, mən topa ilk toxunuşumda qol vurmağı bacardım. Amma bu, futboldur".

Qeyd edək ki, qarşılaşmanın əlavə vaxtında - 95-ci dəqiqədə meydana daxil olan Renat cəmi 1 dəqiqə sonra fərqlənməklə komandasını yarımfinala yüksəldib.