UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Neftçi”yə əlavə vaxtda  vurulan ikinci qolla (Bakıdakı matçda meydan sahibləri 2:1 qalib gəlmişdi) 2:0 qalib gələn  “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, avstriyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Oyun kifayət qədər ağır keçdi. Bakıda zəif başlasaq da, evdə mənəvi gücümüzü hiss etdik. Daim pressinq etdik, 30-a yaxın zərbə endirdik.

- Doğrudanmı bu qədər ağır oyun keçdi?
- Əlbəttə ki, gərgin oyun keçdi. Qapı dirəyindən dönən zərbələrimiz oldu. Bəzən belə bəxtsizliklər oyunda həlledici rol oynayır. 

- Bu matç sizə hansı siqnalları verdi?
- Bu, bir keçid mərhələsi idi. Bir sıra oyunçumuzun dönməsi də bizi sevindirir.

- “Vaduts” barədə nə fikirləşirsiniz?
- Həmin oyunu diqqət mərkəzində saxlayırdıq. Çalışacağıq hədəfimizə çataq.

 

CEYHUN ƏLİYEV, Vyana