Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında II tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun həftəsi bölgədə yekunlaşır.

 

"Qəbələ" "doğma divarlar" arasında "Zirə"ni qəbul edir. Həm meydan sahibləri, həm də qonaqlar mövsümə heç-heçə ilə başlayıb. Bu üzdən hər iki kollektiv 2025/26 "futbol ili"ndə ilk qələbəsini rəsmiləşdirmək üçün mübarizə aparacaq.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, II tur

19:00. "Qəbələ" - "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ. Şəhər stadionu.