"Qəbələyə, "Kəpəz"lə oyuna 3 xal üçün gəlmişdik. Sevindirici haldır ki, istədiyimizə nail olduq". Bunu Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimov deyib.

Komandanın sabiq baş məşqçisi futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu bildirib:

"Azarkeşlərə və futbolçulara təşəkkür edirəm. Komanda əzmkar oyun göstərib qalib gəldi. Transferləri demək olar ki, yekunlaşdırmışıq. Yeni yaranmış komandayıq. Komandanın heyətinin 95 faizi yeni gələnlərdən qurulub. Futbolçuların bir-birinə uyğunlaşması üçün zaman lazımdır. Vaxta ehtiyacımız var. Gələcək oyunlarda uğurlu çıxış edib xal və ya xallar qazanmaq istəyirik".

Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının ikinci turunda"Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.