Yeni mövsümün hazırlığını davam etdirən "Şuşa" komandası heyətinə 4 futzalçı cəlb edib. Sport24.az xəbər verir ki, Yüksək Liqa təmsilçisi "Neftçi" İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də "Araz-Naxçıvan"ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.
Ötən mövsüm "Yasamal Bakı"da çıxış etmiş Elçin Məmmədov da "Şuşa"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, klub növbəti mövsümə yeni loqo ilə start verəcək.