FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb. Sport24.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, o, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsində E qrupunun Bolqarıstanda təşkil olunacaq matçlarında ədaləti qoruyacaq.

 

Həmyerlimiz avqustun 27-də keçiriləcək "Viten Orşa" (Bolqarıstan) – "Europa" (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq "Veilimdorf" (Almaniya) – "Levski" (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək.

 

Cəbrayılov ertəsi gün keçiriləcək "Veilimdorf" - "Viten Orşa" matçına 1-ci hakim kimi təyinat alıb.

 

Qeyd edək ki, qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.