"Yuventus"un futbolçusu Duqlas Luiz İngiltərəyə geri qayıdıb. Sport24.az xəbər verir ki, braziliyalı "Nottingem Forest"lə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Duqlas 2025/2026 mövsümünü icarə əsasında Premyer Liqa klubunda keçirəcək.

 

27 yaşlı yarımmüdafiəçinin "Yuventus"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Vasko da Qama", "Mançester Siti", "Jirona", "Aston Villa" komandalarında oynayıb.