Azərbaycana geri qayıdacağı gözlənilən Pedro Nuno Rumıniyaya yollanıb. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə Premyer Liqamızda mübarizə aparan 2 klub maraqlanırdı. 

 

Lakin maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün Nuno "Otelul"la(Qalati) anlaşıb.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu ölkəmizdə "Səbail" forması geyinib. Son mövsümü isə "Korona"da keçirib.