"Neftçi" basketbol klubu FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq. Sport24.az "Report"a istinadən xəbər verir ki, "ağ-qaralar" bu məqsədlə sentyabrın 4-də adıçəkilən ölkəyə yollanacaq.

 

Paytaxt təmsilçisi 2 həftəlik hazırlıq müddətində 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Ardınca Bakıya qayıdacaq "flaqman" Azərbaycan çempionatının oyunlarına hazırlaşacaq.

 

Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.