"Çesterfild"in ortaq sahibi Fil Kirk 59 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Mart ayında ona xərçəngin ağır forması diaqnozu qoyulub.

 

Fil və qardaşı Eşli 2022-ci ildən "Çesterfild"in sahibi olublar. 2023/24 mövsümündə komanda İngiltərə çempionatının beşinci divizionunu qalibi olub. 2025/26 mövsümündə isə "Çesterfild" 12 xal toplayıb və Liqa 2-də ilk pillədə qərarlaşıb.