"Rubin" sabiq baş məşqçisi Qurban Berdıyevi ad günü münasibətilə təbrik edib. Sport24.az xəbər verir ki, bununla bağlı Tatarıstan klubu rəsmi saytında paylaşım edib. Berdıyevin bu gün 73 yaşı tamam olur.

 

Berdyev 2001-ci ilin avqustundan 2013-cü ilin dekabrınadək və 2017-ci ilin iyunundan 2019-cu ilin iyununadək "Rubin"ə rəhbərlik edib. 2004-2012-ci illərdə o, Kazan klubunun vitse-prezidenti vəzifəsində də çalışıb.

 

Qeyd edək ki, hazırda "Turan Tovuz2un "sükanı arxasında" olan mütəxəssisin rəhbərliyi altında "Rubin" iki dəfə Rusiya çempionu olub, iki dəfə ölkə çempionatında bürünc, iki dəfə Superkubok, bir dəfə isə Rusiya kubokunu qazanıb.