Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 1-ci tur oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda "doğma divarlar" arasında "Voru"nu qəbul edib.

 

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal da bu matçda iştirak edib. 30 yaşlı forvard start heyətində yer alıb və 90 dəqiqəni əvəzolunmadan keçirib.

 

Qeyd edək ki, Vüsal bu yay Albaniya klubu ilə müqavilə bağlayıb.