Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

 

Yarış sentyabrın 4-5-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutacaq.

 

Turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar 10 çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.