"Çelsi"nin hücumçusu Nikolas Cekson karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, 24 yaşlı futbolçu "Bavariya" ilə razılıq əldə edib.
Münhen klubu Ceksonu icarəyə götürmək niyyətindədir. Nəticədə Nikolasla müqavilə detalları razılaşdırılıb və son soz "Çelsi"nin olacaq.
Qeyd edək ki, Seneqal yığmasının hücumçusu ötən mövsümdə 37 oyunda 13 qol və 6 ötürmə ilə yadda qalıb.