"Monako"nun müdafiəçisi Vilfred Sinqo karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, "Qalatasaray" Fil Dişi Sahili milli komandasının üzvünün keçidini həll edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

"Sarı-qırmızılar" 24 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 30+5 milyon avro təzminat ödəyəcək.

 

Qeyd eədk ki, "Monako" Vilfred Sinqonu 2023-cü ilin yayında "Torino"dan transfer edib. Futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 60 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.