FIBA Avropa Kubokunda iştirak edəcək "Abşeron Lions" basketbolçusu Azər İbrahimovla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc oyunçu 2025/2026 mövsümündə də komandanın formasını geyinəcək.
Qeyd edək ki, Azər İbrahimov aşağı yaş qrupları üzrə Azərbaycan millisinin üzvüdür.