Azərbaycan Badminton Federasiyasında (ABF) yeni təyinat rəsmiləşib. Sport24.az xəbər verir ki, Əjdər Cəfərov ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.

 

Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

 

Cəfərov Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları, London-2012 Yay Olimpiya Oyunları və Nanjing-2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında referilik edib.