"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. Sport24.az xəbər verir ki, UEFA görüşü Fransadan olan hakimlər briqadasına həvalə edib.

 

Matçı Kleman Turpin idarə edəcək. Ona Nikolya Danos, Aleksis Auqer kömək edəcək. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək. VAR-da Jerom Brisar oturacaq. AVAR-da isə Nikolya Renvill oturacaq.

 

Qeyd edək ki, qarşılaşma avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. İlk səfər oyununda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.