Xorvatiya çempionatında 4-cü turun matçları keçirilib. Sport24.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" "Riyeka" ilə qarşılaşıb.
Abdullazadənin komandası son Xorvatiya çempionunu səfərdə məğlub etməyi bacarıb. Görüş "Varajdin"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət 68-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Varajdin" 5 xalla 5-ci pillədədir.