"Qəbələ" özünə yeni tərəfdaş tapıb. Sport24.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən "West Hospital" əyalət klubuyla tibbi sahədə partnyorluq edəcək. 

Bununla bağlı sabah saat 11:30-da "West Shine Hotel"də tərəflərin memorandumun imzalanması ilə təqdimat mərasimi olacaq. Anlaşma ilyarımlıq müddətə - 2022/23 mövsümünün sonunadək nəzərdə tutulub. 

Xatırladaq ki, "Qəbələ"nin 17 illik tarixində bunadək tibbi sahədə Türkiyənin məşhur "Acıbadem Hospital"la tərəfdaşlığı olmuşdu. "West Hospital" qəbələlilər üçün Azərbaycan daxilində ilk belə tərəfdaş olacaq.