Uzun müddətdi zədədən əziyyət çəkən“Qarabağ”ın legioneri Xayme Romero artıq fitnes zalındakı çalışmalarına yekun vurub. Sport24.az xəbər verir ki, 31 ispaniyalı sağ cinah yarımmüdafiəçisi artıq stadionda məşqlərini bərpa edib.

Belə ki, Romero “Qarabağ”ın əvəzedici komandasında çıxış etmiş kiçik qardaşı Daniel ilə stadionda fərdi məşqlərə başlayıb. 

Xatırladaq ki, Xayme sentyabrda Konfrans Liqasının qrup mərhələsinin ilk turunda "Bazel"lə Bakıdakı matçda ağır zədələnərək əməliyyat olunub. O, martda "Qarabağ"la birgə məşqlərə başlayacaq.