Konfrans Liqasının qrup mərhələsinin V turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. Sport24.az xəbər verir ki, “Qarabağ”ın kapitanları Maksim Medvedev və vitse-kapitanı Qara Qarayev ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb.
Belə ki, hər iki futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda “Omoniya” ilə keçirilən görüşdə (2:2) 83 dəqiq ötürmə ilə yadda qalıb.
Maksimlə Qara 5-ci turda dəqiq ötürmə baxımından 2-3-cü yerləri bölüşdürür. Milli komandamızın oyunçuları yalnız “Randers”in üzvü Lasse Berq Yonsendən geri qalır. Norveçli yarımmüdafiəçi ÇFR-lə görüşdə 92 dəqiq ötürmə ilə komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub.