Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur start götürəcək. Sport24.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxanlar arasında olacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Ağdam səfərdə "Napoli"nin qonağı olacaq.
4 turdan sonra ağdamlılar 7 xalla turnir cədvəlində 15-ci pillədə, İtaliya klubu isə 4 xalla 24-cü yerdə qərarlaşıb. Təmsilçimiz "Benfika" (3:2) və "Kopenhagen"i (2:0) məğlub edib, "Çelsi" ilə bərabərə (2:2) qalıb və yalnız Bilbao "Atletik"inə uduzub (1:3).
Neapol təmsilçisi isə səfərdə "Mançester Siti"yə (0:2), PSV-yə (2:6) uduzub. Öz meydanında isə "Sportinq"ə (2:1) qalib gəlib və "Ayntraxt"la (0:0) "sülh" bağlayıb.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi polşalı Şimon Marçinyak olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
00:00. "Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)
VAR: Pol van Bukel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Neapol. "Stadio Diego Armando Maradona"