Amerikalı peşəkar fitnes istehsalçısı WHOOP, "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bioloji yaşını müəyyən edib. Sport24.az xəbər verir ki, şirkətin elmi araşdırmalarına görə, ulduz futbolçunun hazırda bioloji olaraq 28,7 yaşı var.

 

Futbolçu bu məlumatı sosial mediada paylaşaraq "Məlumatlar yalan danışmır" şərhini yazıb.

 

Qeyd edək ki, gələn ilin fevralında Ronaldonun 41 yaşı tamam olacaq. Portuqaliyalı bu mövsüm Səudiyyə Ərəbistanı klubunda 12 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Bundan əlavə, hücumçu 2025-ci ildə milli komandada 9 oyun keçirib və 8 dəfə fərqlənib.