Karyerasını ötən il başa vuran əfsanəvi tennisçi Rafael Nadal, "Barselona" və İspaniya millisinin 18 yaşlı futbolçusu Lamin Yamala məsləhət verib. Sport24.az xəbər verir ki, Nadal qonaq olduğu proqramların birində, daha dəqiq desək, "Universo Valdano"ya verdiyi müsahibədə dünyanın ən yaxşı gənc futbolçularından birinə ətrafındakı adamlara qarşı diqqətli olmağı tövsiyə edib:

 

"Lamin ona kömək etmək istəyən insanların ətrafında olmalı və ən əsası tanınmış idmançıların eşitmək istəmədiyi şeyləri eşitməlidir".

 

Keçmiş tennisçinin sözlərinə görə, Yamalın ətrafında ona uğurlar arzulayan və həqiqəti deməyə hazır olan insanlar olmalıdır.