"Everton"un yarımmüdafiəçisi İdrissa Qeye 2000-ci ildən bəri Premyer Liqada komanda yoldaşına qarşı qayda pozuntusuna görə meydandan qovulan üçüncü oyunçu olub. Sport24.az xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb.
2005-ci ildə "Nyukasl"ın oyunçuları Li Bouyer və Kieron Dayer "Aston Villa" ilə oyunun 82-ci dəqiqəsində, 2008-ci ildə isə "Stok Siti"nin hücumçusu Rikardo Fuller Endi Qrifinə qarşı qayda pozuntusuna görə meydandan qovulub.
Qeyd edək ki, 36 yaşlı Qeye "Mançester Yunayted"lə oyunun 13-cü dəqiqəsində müdafiəçi Maykl Kinlə toqquşmadan sonra meydandan qovulub. Geyenin hərəkəti komanda yoldaşının üzünə vurulan açıq-aşkar yumruq kimi qiymətləndirilib.