"Qarabağ"ın futbolçusu Marko Yankoviç Çempionlar Liqasında sabah "Napoli"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:

 

– "Napoli" yaxşı komandadır. Düşünürəm ki, maraqlı oyun olacaq. Öz oyumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu oyuna verməkdir. Böyük komandalarla oyunlarda hər nəticə ola bilər. Görək, sabah necə olacaq.

 

– Konte bildirib ki, Çempionlar Liqasında yüksək nəticələr əldə etmisiniz. Sabah istədiyiniz nəticəni əldə edə biləcəksiniz?

 

– Bunun üçün çalışacağıq. Əlbəttə, çətin olacaq. "Napoli" azarkeşləri önündə oynayır. Bizim də motivasiyamız var. 7 xalımız var və böyük komandalara qarşı oynaya bildiyimizi göstərmişik. Ümid edirəm ki, sabah da yüksək nəticə əldə edə bilərik

 

– Bir neçə il öncə "Napoli"yə qarşı oynamısan. Səncə, komanda o dönəmdən bu vaxta nə qədər dəyişib?

 

– Onlar İtaliya çempionudurlar, möhtəşəm oyunçuları var. Həmişə güclü kollektiv olublar. Bu gün müəyyən fərqlər var. Bir qədər öncə dediyim kimi, ambisiyamız var. Yaxşı oyun göstərmək istəyirik.