Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının IV turu start götürüb. Sport24.az xəbər verir ki, iki gün davam edəcək turnirə 91 klub və idman cəmiyyətindən ümumilikdə 16 çəki dərəcəsində 721 idmançı (581 oğlan, 140 qız) qatılıb.

 

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 380 cüdoçu 8 çəkidə mübarizə aparıb.

 

Qeyd edək ki, bu, U-17 Liqa yarışlarının son turudur. Turnirin yekununda idmançıların reytinq siyahısı formalaşacaq.

 

Medalçıları təqdim edirik:

Oğlanlar

50 kq

1. Devid Mahmudov (ACF)

2. Səlim Hüseynov (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

3. Amin Quliyev (Fərid İK Sumqayıt)

60 kq

1. İlkin Qarayev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

2. Teymur Gülməmmədov (Balakən OİK)

3. Mehman Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

73 kq

1. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Şəhriyar Ağayev (Judo Club 2020 İK)

3. Yusuf Nəzər (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

3. Xəyal Sərkərov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

90 kq

1. Nurəddin Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Xəzər Əmrahlı (Qafqaz-Arena İK)

3. Emil Həşimov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

Qızlar

40 kq

1. Sunay Salamova (RKİM)

2. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

3. Rəvanə Əliquliyeva (Qəbələ - Bakı)

3. Ayan Muradova (Şəki)

48 kq

1. Zeynəb Seyidzadə (RKİM)

2. Mədinə Hüseynova (Saray İK)

3. Zəhra Seyidzadə (RKİM)

3. Fatimə Fərmanzadə (RKİM)

57 kq

1. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Səma Vəlizadə (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

3. Səmayə Yusifli (Balaxanı İM)

3. Xədicə Allahverdiyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

70 kq

1. Fidan Cəlilli (RKİM)

2. Sümeyya Nuriyeva (Sumqayıt şəhəri İOEUGİM)

3. Rəna Əhmədova (Qəbələ İK şəhər)