Xorvatiyada keçirilən cüdo üzrə Qran-pridə bu gün təmsilçilərimiz müxtəlif çəki dərəcələrində mübarizəyə qoşulacaqlar. Sport24.az xəbər verir ki, 90 kq çəki dərəcəsində Vuqar Talıbov xorvatiyalı İosip Buliç ilə, Aslan Kotsoyev isə rumıniyalı Aleks Kret ilə üz-üzə gələcək. 

 

100 kq çəki dərəcəsində Əjdar Bağırov Şimali Makedoniyadan olan Nikola Pavlovski ilə qarşılaşacaq. 

 

+100 kq ağır çəkidə Kənan Nasibov gürcü cüdoçusu Gela Zaalışvili ilə münasibətləri aydınlaşcaqsa, Camal Qamzathanov isə birinci mərhələni buraxaraq mübarizəyə ikinci raunddan başlayacaq.

 

Qeyd edək ki, millinin aktivində bir bürünc medal var ki, onu 60 kq çəki dərəcəsində Hüseyn Allahyarov qazanıb.