Cüdo üzrə böyüklər arasında keçirilən Bakı şəhər çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə səkkiz çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Ümumilikdə 153 cüdoçunun qatıldığı turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.
Son günün medalçılarını təqdim edirik:
Kişilər
81 kq
1. Asim Qulamzadə
2. Səid Rzayev
3. Emil Hüseynzadə
3. Süleyman Əliyev
90 kq
1. Murad Allahverdiyev
2. İbrahim Ağakişiyev
3. Naim Hüseynov
3. Nurlan Nəcəfov
100 kq
1. Natiq Bəşirov
2. Canpolad Əliyev
3. Fərid İsmayılov
3. Abdulkərim Səfərov
+100 kq
1. Hüseyn Dadaşov
2. Qurban Məmmədli
3. Cavidan Məsimov
Qadınlar
48 kq
1. Zeynəb Seyidzadə
52 kq
1. Çinarə Sadıqova
2. Könül Eyvazlı
3. Leyla Əliyeva
57 kq
1. Səmayə Yusifli
63 kq
1. Elmira Mustafayeva
2. Emilya Mirzəyeva
3. Ayan Əliyeva
Yekunda medalların əyarına görə ümumi komanda hesabında Neftçi İK (2-3-2) I, DİN İC (2-0-1) II, Ordu İdman Klubu isə (1-1-0) III yeri tutub. Qalib komandalara müvafiq kuboklar təqdim olunub.