"İnter Mayami"nin futbolçusu Lionel Messi Argentina millisinin Anqola ilə keçirdiyi son yoldaşlıq matçında qol vurub. Sport24.az xəbər verir ki, 38 yaşlı kapitanı görüşün 82-ci dəqiqəsində hesabı 2:0-a çatdırıb.
Belədə, Messi karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub.
Bu göstəriciyə ilk çatmış oyunçu isə Kriştiano Ronaldo idi.
Argentina millisinin kapitanı 2005-ci ildə debüt etdiyi vaxtdan yığmada 196 matçda 115 qol vurub.