İspaniya millisinin sabiq baş məşqçisi Xavyer Klemente "Barselona"nın 18 yaşlı oyunçusu Lamin Yamalın davranışında dəyişiklik etməyəcəyi halda hazırkı oyun səviyyəsini uzun müddət qoruya bilməyəcəyini söyləyib. İspaniyalı mütəxəssis bununla bağlı "Que T'hi Jugues" podkastında danışıb:

 

"Yamal çox yaxşı oyunçudur. Amma onun problemi ondadır ki, şəxsi həyatında idmançı kimi davranmasa, bu səviyyədə uzun müddət qala bilməyəcək. Bu, göz qabağındadır.

Rəqiblər artıq "Barselona"nın necə oynadığını bilirlər, Yamalın çox şeyə qadir olduğunu anlayırlar. Məhz bu üzdən meydanda ona çox göz açmağa imkan vermirlər. O, isə gənc olduğundan tez təxribata uyur, lazım olmayan fikirlər səsləndirir. Yamal belə davam edəcəyi təqdirdə gözdən düşəcək".

 

Qeyd edək ki, Yamal 2025-ci il "Qızıl top" səsverməsində ikinci yeri tutsa da, son aylarda meydandan kənar davranışına görə ciddi tənqidlərə məruz qalıb.