Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. Sport24.az xəbər verir ki, idmançılarımız bu gün iki növdə mübarizə aparacaqlar.
Uşu-sandada Elçin Eminov (60 kq) yarımfinal döyüşünə çıxacaq.
Taekvondoçulardan isə Qaşım Maqomedov (60 kq), Taleh Süleymanov (82 kq), Səmərrux Osmanova (51 kq) mükafatçılar arasında düşməyə çalışacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 40 mükafatla (5 qızıl, 14 gümüş, 21 bürünc) medal sıralamasında 8-ci yerdədir.