"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen bu qış Türkiyə klublarından birinə keçə bilər. Sport24.az "Sport.es"ə istinadən xəbər verir ki, "Beşiktaş" 33 yaşlı alman futbolçunu 2025/26 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir.
Mənbənin sözlərinə görə, Türkiyə nəhəngi müqavilənin detallarını müzakirə etmək üçün artıq kataloniyalılarla və qapıçının agentləri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, alman qolkiperin "Barselona" ilə sözləşməsi 2028-ci ilin yayında başa çatır.