"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn növbəti dünya çempionatını komanda yoldaşları ilə müzakirə edib-etmədiyini və hansı komandanı favorit hesab etdiyini açıqladı. Hücumçu bu barədə "Bayern & Germany" portalına açıqlama verib:

 

"Fransa, şübhəsiz ki, favoritlər arasındadır. Maykl Olise ilə tez-tez gələn yayın necə olacağı barədə zarafatlaşırıq. Eyni şey Upamekano üçün də keçərlidir. Almanlar da bu barədə danışır. Almaniya turnirdə mümkün qədər irəli getmək istəyəcək. Düşünürəm ki, dünya kubokunu kimin qaldıracağını görmək üçün aramızda sağlam rəqabət və dostcasına zarafatlar var. Hər klubda belə bir şey var və mən bu söhbətlərdən, xüsusən də Maykl ilə zarafatlardan zövq alıram".

 

Qeyd edək ki, Keynin formasını geyindiyi İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Albaniya ilə qarşılaşacaq.