"Real"ın baş məşqçisi Xabi Alonso ilə problem yaşayan Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

London klubu Vinisius üçün 150 milyon avroluq təklif göndərməyi planlaşdırır. Keçid baş tutsa, 25 yaşlı ön xətt oyunçusu "Çelsi" tarixinin ən bahalı transferi olacaq.

 

Qeyd edək ki. Braziliya millisinin üzvü olan Vinisius Junior bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.