"Barselona"da icarə əsasında çıxış edən cinah hücumçusu Markus Reşford mövsümün sonunda "Mançester Yunayted"dən tam ayrılacaq. Sport24.az xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunu cari mövsümün sonunadək 30 milyon avro ilə satınalma hüququ ilə icarəyə götürüb.

 

28 yaşlı hücumçu yeni mühitə yaxşı uyğunlaşsa da, "Mançester Yunayted"in onunla bağlı yekun qərar çıxarmayıb.

 

Reşfordun hansı komandada davam edəcəyi isə hələlik dəqiq bilinmir. "Barselona" satınalma bəndinin aktivləşdirilməsi ilə bağlı yekun qərar verməyib.

 

Markus Reşford bu mövsüm kataloniyalıların heyətində keçirdiyi 16 görüşdə altı qol vurub, doqquz məhsuldar ötürmə edib.