Argentina millisinin kapitanı Lionel Messiyə Anqola ilə keçirilən yoldaşlıq oyununun əvvəlində Anqola Prezidenti Joao Lourensu tərəfindən xüsusi mükafat təqdim edilib. Sport24.az xəbər verir ki, mükafat Anqolanın 50 illik Müstəqillik Günü münasibətilə bu ölkənin futbol komandasının forması olub.

 

Ulduz hücumçu görüşdə fərqlənməyi də unutmayıb. Messi karyerasında 896-cı qolunu vuraraq Argentina yığmasının 2:0 hesablı qələbəsinə töhfə verib.