"Birinci dövrəni komanda üçün qənaətbəxş hesab etmirik. Bəxt bizdən üz döndərdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimov deyib.

Futbol funksioneri komandasınıb Misli Premyer Liqasının birinci dövrəsində çıxışını dəyərləndirib:

"Çempionluq uğrunda mübarizə aparan 3 komanda ilə oyunda məğlub olduq ki, onlarla oyunlarda ən azı 4 xal götürsəydik, turnir cədvəlində daha yaxşı yerdə olardıq. Mövsümə uğurlu başlamışdıq. Getdikcə bəzi futbolçuların zədələnməsi təsirini göstərdi. PFL-in qərarından sonra "Kəpəz"i Yevlax şəhər stadionunda qəbul edəcəyik. Çalışacağıq ki, azarkeşlərimiz önündə nəticələrimizi yaxşılaşdıraq. Nəticə ilə bağlı baş məşqçi Azər Həşimovla söhbətimiz olub. Yeni qurulmuş komandayıq. Baş məşqçiyə vaxt vermək lazımdır. Futbolda məğlubiyyət qaçılmazdır". 

Qeyd edək ki, "Karvan-Yevlax" ilk dövrlərədən sonra 5 xalla 11-ci pillədə qərarlaşıb.