"Liverpul"un futbolçusu Florian Virts karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Real" almaniyalı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə "DefensaCentral" məlumat yayıb.
"Kral klubu"nun baş məşqçisi Xabi Alonso "Bayer"də birlikdə çalışdığı Virtsi yenidən sərəncamında görmək istəyir. "Rela" gələn il 22 yaşlı ön xətt oyunçusu 75 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Liverpul" Florian Virtsi mövsümün əvvəlində "Bayer"dən 125 milyon avroya transfer edib. Almaniya millisinin Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.