Erik Qarsiya yaxın vaxtlarda "Barselona" ilə yeni müqavilə imzalaya bilər. Sport24.az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb.

 

Mənbənin məlumatına görə, "blauqrana" rəhbərliyi 24 yaşlı futbolçu üçün 2030-cu ilin yayına qədər nəzərdə tutulan təklif hazırlayır. İspaniyalı oyunçunun özü də PSJ-nin marağına baxmayaraq, Kataloniya təmsilçisində qalmaq istəyir.

 

İspaniya millisinin üzvünün klubla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

 

Qeyd edək ki, Erik Qarsiya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.