Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib. Sport24.az xəbər verir ki, 13-cü qrupda yer alan milli Şimali İrlandiya ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.